Qonaq Kitabı
Xublar yanında ol şahi-cavanan bəllüdür

Xublar yanında ol şahi-cavanan bəllüdür,

Ləşkəri gər çox bolursa nola, sultan bəllüdür.

 

Yüz qəmər yüzlü sənəm gər doğsa, sənsən afitab,

Dutsa yulduz gög yüzin xurşidi-taban bəllüdür.

 

Məndə daxi də’viyi-mehr vəfa bolsa, nola,

Kimdə var çeşmi-tərü çaki-giriban bəllüdür.

 

Cövhəri-hüsnün çox, amma ləblərün ayruxsidür,

Cövhəri dükkanidə lə’li-Bədəxşan bəllüdür.

 

Bəllüdür xunabi-çeşmim içrə şəkli-qamətin,

Seyli-ğəm dutsa cahanı, abi-heyvan bəllüdür.

 

Kişvəri meydani-eşqünə girib baş oynadur,

Qılsa də’vi yüz dilavər, mərdi-meydan bəllüdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info