Qonaq Kitabı
Hər səhər badi-səba kim, kuyi-canandan gəlür

Hər səhər badi-səba kim, kuyi-canandan gəlür,

Sanasan ruhül-qüdüsdür buyi-can andan gəlür.

 

Bu nəsimi-sübhdür kim, rövşən etdi çeşmimi,

Yoxsa buyi-Yusifi-Misri ki, Kənandan gəlür.

 

Ləblərin ətrafidə kim, baş çıxardı xətti səbz,

Xızra bənzər kim, kənari-abi-heyvandan gəlür.

 

Bağibanidür yüzündə xali mişkin, ey sənəm

Kim, ətəgi doldurub güldən gülistandan gəlür.

 

Xaki-payin birlə istərmən urum göz rozənin

Kim, mana hər nə gəlür, bu çeşmi giryandan gəlür.

 

Badeyi-gülgun içində ləblərin hər birisi,

Qiymətin bir lə’lə bənzər kim, Bədəşxandan gəlür.

 

Ol kəmanəbrü sənəmdin Kişvəri hər tiri-ğəm,

Hüd-hüdi-fərxəndə peydür kim, Süleymandan gəlür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info