Qonaq Kitabı
Begüşa, ləbi-şirin bekəlami nə boluptur

Begüşa, ləbi-şirin bekəlami nə boluptur,

Hərgiz nə səlami, nə pəyami, nə boluptur.

 

Qıl ömri-kəsi badi-səba birlə rəvanə,

Avareyi-eşqünə pəyami nə boluptur.

 

Xunin cigəri kim, sənun içün verədür can,

Sormazsan anı böylə rəvamı? Nə boluptur.

 

Əhbab ilə kim, badə içərtən kərəm etgil,

Mən bəndəyə bir cür’əyi-cami nə boluptur.

 

Gər Kişvəriyi-xəstə ölür, çəkmə məlalət,

Qurbanına bir piri-qulami nə boluptur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info