Qonaq Kitabı
Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər

Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər,

Kətan könlək ki, geymişsən, anı bərgi-səmən derlər.

 

Demə kim, iqdi-şəbnəmdür çəməndə hər səhər düşmüş

Ki, yüzün infi’alindən çəmən ağdar səmən derlər.

 

Yüzün üzrə qara xallar pərişan zülfin altında,

Sanasan aşiyan qılmış od üstündə səməndərlər.

 

Açubdur xəncərün köksümdə həzyan derlər istərmən

Ki, sınmış oxlarından tutubanə asəmən derlər.

 

Nə evdə kim, sən olursan ana xəlqi-cahan der kim,

Bu beytullahdur, anı mən urundin yasə mən derlər.

 

Ğəmindən Kişvərinin könli bir dəryayi-pürxundur,

İki çeşmi-dürəfşanidür ol dəryayə bən derlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info