Qonaq Kitabı
Ərğəvani don bilə, ey dilbəri-siminüzar

Ərğəvani don bilə, ey dilbəri-siminüzar,

Sizin görgəc görünür çeşmimdə aləm laləzar.

 

Zə’fəranı yüzüm üzrə qırmızı donun görüb,

Əşki-gülgünüm şəqayiqdür kim, açılğay bahar.

 

Zə’fərani don dəgül bu kim, geyibsən, ey pəri,

Bil ki, çeşmim qanından anı boyatdı ruzigar.

 

Yüzinə düşmiş qızıl don əksi, hər kim görsə der,

Qürsi-mahi-çardə boldi şəfəqdən aşikar.

 

Ta səni gördi qəbayi-sorx ilən qul Kişvəri,

Gözlərindən su degül, qanduru dəmadəm kim, axar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info