Qonaq Kitabı
Canım dəhənün fikridə mə”™dum olasıdur

Canım dəhənün fikridə mə’dum olasıdur,

Bu nüktə ki, dedim, sana məfhum olasıdur.

 

Məhrum olan aşiqi-dilxəstə ləbindən,

Məhşər günidə əlbəttə məhrum olasıdur.

 

Ağzına kimi var, kimi yox deyürlər,

Var isə daxı nöqteyi-mövhum olasıdur.

 

Divanə dilimnin gərişi gər budur axir,

Səndən daxı, məndən daxı məhrum olasıdur.

 

Düşmən ki, der Kişvəri sormaz səni, ey dost,

Qatlan neçə gün ol daxi məlum olasıdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info