Qonaq Kitabı
Mənim bir dilbərim var kim, ləbü göftari gögçəkdür

Mənim bir dilbərim var kim, ləbü göftari gögçəkdür,

Tənü əndami bəs nazik, qədü rəftari gögçəkdür.

 

Dəhanı çeşmeyi-heyvan, xəti Xizrü ləbi İsa,

Saçı sünbül, gözü nərgis, güli-rüxsari gögçəkdür.

 

Yüzü rəngin, sözi şirin, ləbi ğönçə, beli incə,

Ana hər nəsnə kim, Tanrı verübdür, vari gögçəkdür.

 

Dilü canü zərü simü evü mülki nedər, yarəb,

Bu viran dünyadə hər kim ki, anın yari gögçəkdür.

 

Günəş gögçəkdürür derlər, bəli gögçəkdürür, əmma,

Sənün gögçəkligin yanında ol naçarı gögçəkdür.

 

Mana der xəlq kim, yarun əcəb bimehrü bədxudur,

Özi bilür əgər bimehrü bədxu, bari gögçəkdür.

 

Ləbi-ləlü xəti-səbzin sifatın Kişvəri söylər, –

Anınçündür ki, sözi dilkəşü əş’ari gögçəkdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info