Qonaq Kitabı
Yarsız qaldım yenə, biyarlıq müşküldürür

Yarsız qaldım yenə, biyarlıq müşküldürür,

Biənisü munisü ğəmxarlıq müşküldürür.

 

Ol gözi bimardən ayru ğəribü xəstəmən,

Ğəribü bikəslikü bimarlıq müşküldürür.

 

Hər necə azar qılsa yar yarımdur həman,

Ğəm iməs azarlıq, bizarlıq müşküldürür.

 

Bir nihali-tazəni sevdüm ki, bərxurdar ola,

Gərçi andan mana bərxurdarlıq müşküldürür.

 

Ey ki, dersən Kişvəri huşyar bolmaz bir zaman,

Sakini-meyxanəvü huşyarlıq müşküldürür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info