Qonaq Kitabı
Bizdən sarı ol mah könülni savudubdur

Bizdən sarı ol mah könülni savudubdur,

Yarəb, nə bəla, əhli-vəfani unudubdur.

 

Kuyindən irağ düşdülər əhbabi-vəfadar,

Ta həzrətinə şumi-rəqibi yadurubdur.

 

Gül pirəhənindən əsəri zahir olubdur.

Hər xuni-cigər bülbüli-miskin ki, yudubdur.

 

Sər ta qədəmim basdı xəyali-səri-zülfi,

Gör sarmaşuği necə bu nəxli qurudubdur.

 

Derlər ki, sana yardur, ey Kişvəri, şux ol,

Eylə dəgül axı, nə əcayib yaradubdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info