Qonaq Kitabı
Dəmi-ruhül qüds cana, ləbi-şəkkərfəşanındur

Dəmi-ruhül qüds cana, ləbi-şəkkərfəşanındur,

Hidayət şəm’i kim, derlər zəmiri-xordedanındur.

 

Çü məqbuli-təbaye’sən məhəbbət əhlidən qaçma

Ki, sən mürği-behiştisən, könüllər aşiyanındur.

 

Gəl ey güldəsteyi-baği-cəvani çəkməgil damən,

Bu piri-xəstədən kim, bir-iki dəm mihmanındur.

 

İşim durmuya ruzü şəb çıxalı sən kənarımdan,

Məni mu tək zəif etkən sənün muyi-məyanındur.

 

Təvanani qənimət bil inayət qılmagil əskük,

Cigərxun Kişvəridən kim, fəqirü natəvanındur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info