Qonaq Kitabı
Getdilər əhbabü mən miskini giryan qıldılar

Getdilər əhbabü mən miskini giryan qıldılar,

Atəşi-həsrət bilə bağrımı büryan qıldılar.

 

Zindəgani gərçi düşvar etdilər mən xəstəyə,

Şükr kim, yüz mehnəti-can kəndin asan qıldılar.

 

Mümkün irməs daxı surət bağlaya mə’murəlik;

Xanəyi-səbrü qərarimni ki, viran qıldılar.

 

Göz qarasın birlə yazdım yarə şərhi-iştiyaq,

Mərdümi-çeşmüm ana şəngərfi-ünvan qıldılar.

 

Mayil irdi könli ol şuxun vəfavü mehrə, leyk

Bir neçə bədmehrlər anı pəşiman qıldılar.

 

Yetmədi heç kim dəhanın sirrinə kim, əhli qeyb

Xəlqdən ol çeşməyi-heyvani pünhan qıldılar.

 

Gözləri qanından oldu payi ta sər sürxpuş,

Sanə kim, Kişvərini növmüsəlman qıldılar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info