Qonaq Kitabı
Türkinin kim, qəsdi cani-natəvan qılmaqdadur

Türkinin kim, qəsdi cani-natəvan qılmaqdadur,

Qoymagil kim, məst olub hər guşə qan qılmaqdadur.

 

Qanlu könlüm bir güli-rə’nayə aşiqdür, vəli

Ğönçə tək qandur bu dərd eldən nihan qılmaqdadur.

 

Bilməzəm kim, neylədim ol bivəfa həqqinə kim,

Necə yaxşılıq qılurmən qəsdi-can qılmaqdadur.

 

Qaşların yayını dartar xəstə canlani görüb,

Ol hərami tək ki, qəsdi-karivan qılmaqdadur.

 

Gər səba qıldı pərişan zülfini qayırma kim,

Ənbəri-tərdən yüzünə sayəban qılmaqdadur.

 

Çün gedir təndən könül əfğan qılursa qılma eyb

Kim, əziz mehmanı evdən ol rəvan qılmaqdadur.

 

Xanüman fikrindədürlər ruzü şəb xəlqi-cəhan,

Kişvəriyi-xəstə tərki-xanüman qılmaqdadur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info