Qonaq Kitabı
Məni mən etmə, ey zahid, fəğandan ruyi-yar olğac

Məni mən etmə, ey zahid, fəğandan ruyi-yar olğac

Ki, bülbülnin fəğandan ixtiyarı yox bahar olğac.

 

Nə yarımdan vəfa gördüm, nə xoşluğ ruzigarimdən,

Vəfalu yar həm xoşdur, cəfayi-ruzigar olğac.

 

Fələk eyvanına hər yan düşər od könlüm ahindən,

Yıxar tufan səlamət evini çeşm əşkibar olğac.

 

Vəsiyyətin bu kim, andan qoparma, ey səhər yeli,

Səri-kuyində bu xaki təni-zarim ğubar olğac.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info