Qonaq Kitabı
Ey çəkib şaxi-sənubər tək qədü bala, yigit

Ey çəkib şaxi-sənubər tək qədü bala, yigit,

Arizün firdovs bağında güli rə’na, yigit.

 

Gülşəni-cənnətdə bitkən naz ilə nazik nihal,

Hüsn bürcündə doğub mahi-fələksima, yigit.

 

Sərxoşan beli açuq, aşüftə kakil, məst naz,

Eyb iməs sormaq gəliş handandur, ey mirza, yigit.

 

Sən mələksən, ya pəri, ya huri, ya nəxli-behişt

Kim, bəni adəmdə bolmas sən təki rə’na, yigit.

 

Dili bülbül, zülfi sünbül, xalı filfil, boyu sərv,

Xətti səbzə, yüzi lalə, gözləri şəhla, yigit.

 

Nolası qul Kişvərinin halı sən bədmehr ilən,

Ol qərib pirü sən bir şuxi-bipərva, yigit.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info