Qonaq Kitabı
Yüzün sübhi-kəramətdür, kəramət

Yüzün sübhi-kəramətdür, kəramət,

Saçın şami-qiyamətdür, qiyamət.

 

Bu kim, ağzımda qalmış həsrətindən,

Səri-əngüşt nədamətdür, nədamət.

 

Yağan sən yar içün əgyar əlindən

Mana səngi-məlamətdür, məlamət.

 

Gözümdə qıl vətən, ey sərv boylu

Ki, xoş cayi-iqamətdür, iqamət.

 

Sana qul Kişvəri ta aşiq oldu,

Bərüsvayi-məlamətdür, məlamət.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info