Qonaq Kitabı
Vəh ki, mən biçarəni biçarə qıldın aqibət

Vəh ki, mən biçarəni biçarə qıldın aqibət,

Dərbədər salıb məni avarə qıldın aqibət.

 

Qönçə tək ağzım dolu xunabi-həsrət eyləyib,

Gül kimi pirahənimi parə qıldın aqibət.

 

Ancə güldün mən fəqiri-natəvan əhvalinə

Kim, nəsibim giryeyi-həmvarə qıldın aqibət.

 

Gərçi öldürdün məni-bimarini həsrət bilə,

Şükr kim, tabutuma nəzzarə qıldın aqibət.

 

Çak qıldın Kişvərinin könlini tiği-hicr ilə,

Razi pünhanı anun aşkarə qıldın aqibət.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info