Qonaq Kitabı
Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət

Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət,

Bisərü samanlara həmxanə boldum aqibət.

 

Munca lafi-əqlü danış kim, urardım ah kim,

Bir pərirüxsar içün divanə boldum aqibət.

 

Danə-danə əşk saçdım gözlərimdən, şükr kim,

Bir girami gövhəri-yekdanə boldum aqibət.

 

Mən ki, bir əhli-səlah irdim ləbin yadi bilə,

Məstü bixud sakini-meyxanə boldum aqibət.

 

Kişvərinün könlini tapdum xiyalın məskəni,

Hasilin kim, gəncdür, viranə boldum aqibət.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info