Qonaq Kitabı
Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrət

Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrət

Cəmalun səfhəsində kim, anın ustadinə rəhmət.

 

Bolursan, ey könül, həmdəm, bu bədxular bilə, leykin

Yəqin qıldım mən imdi kim, sənə xoşluq verür zəhmət.

 

Çü düşdüm yardən ayru, kərəm qıl, ey əcəl, barı,

Bu canı məndən algil kim, irür həm muzdü, həm minnət.

 

Rəhi-təhqiqini tut, zahida, qoy rəsmi-təqlidi

Ki, mən həm bu biyabanda yügürdüm bir neçə müddət.

 

Qılıb mən nəzr kim, yapam səbil meyxanələr hər yan,

Ləbin dövrində gər bir gün xuda versə mana dövlət.

 

 

Gözi yadi bilə cana, yenə yüzi qara könlüm,

Düşübdür kuhü səhraya, keyiklərlən tutub ülfət.

 

Gədadür Kişvəri, leykin visalından təməl yüzməz,

Kişi gər şahü gər dərviş, ana ali gərək himmət.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info