Qonaq Kitabı
Eşigində düşmişəm hər gecə daşə yastanıb

Eşigində düşmişəm hər gecə daşə yastanıb,

Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.

 

Gecələr zülfin xəyalında məni-aşüftəhal,

Uyxuda yilan görüb mən ləhzə-ləhzə səksənib...

 

Seyd boldum ahuyi-çeşminəvü bu türfə kim,

Seydi-rağib ölməgə səyyad andan muctənib.

 

Yar bir olur cəhanda, Kişvəri, aşiq isən,

Vermə könlün bir pəriru şivəsinə aldanıb.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info