Qonaq Kitabı
Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb

Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,

Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.

 

Həlqəyi-zülfini görgəc könlümün əfğanıdur,

Tiflyanlıq kim, çığırğay nagəhan yilan görüb.

 

Gözlərim qanın görüb qaçdı qara yüzlü rəqib,

Yoxdurur, cana, əcəb gər qaçsa hindu qan görüb.

 

Ləblərin öpgəc əlimdən getdi ol zülfi-siyah,

Brəhmən küfrin unutdu ləzzəti-iman görüb.

 

Kişvəri qaçmaz ğəmindən necə kim, var canı kim,

Yüz çevirməz ləşgəri, sultanidən ehsan görüb.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info