Qonaq Kitabı
Məlalət yelindən zülfin pərişan bolmasun yarəb

Məlalət yelindən zülfin pərişan bolmasun yarəb,

Nihali qamətün, ey sərv, lərzan bolmasun yarəb.

 

Cəmalın bağına badi-müxalif dəgməsün hərgiz,

Ləbinə ehtiyac abi-heyvan bolmasun yarəb.

 

Gözün bimar imiş, cana, gərək bimarə qurbani,

Ana mən natəvandan özgə qurban bolmasun yarəb.

 

Əgər bilsəm ki, can versəm sana sağlıq irür mümkin,

Əgər can verməsəm, cana, mana can bolmasun yarəb.

 

Əcəl der kim, səni, ey Kişvəri, qurban qılam yarə,

Zəhi dövlət əgər qılsa pəşiman bolmasun yarəb.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info