Qonaq Kitabı
Düşmüşəm bir halə sənsiz natəvanü zar olub

Düşmüşəm bir halə sənsiz natəvanü zar olub

Kim, əcəl yanımdan ayrılmaz mana qəmxar olub.

 

Həsrəta, dərda, diriğa kim, bu bəxti-tirədən,

Qalmışam mən yarsız, yar özgələrnən yar olub.

 

Bilməzəm kim, neylədim bu qan olası könlümə

Kim, qaçar hər yan məni-biçarədən bizar olub.

 

Qəddü yüzündən irağ baği-behişti neylərəm,

Sərvü gül hər biri ayru, gözlərimdə xar olub.

 

Surətin ta gördü, cana, xəstəxatir Kişvəri,

Baxa qalmış eşigində surəti-divar olub.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info