Qonaq Kitabı
Alma, cana, canımı kim, can ilən yarəm sana

Alma, cana, canımı kim, can ilən yarəm sana,

Bivəfalıq qılma kim, yari-vəfadaram sana.

 

Yusifin gərçi xiridarı çox irür hüsn ilə,

Nəqdi-can birlə məni-bidil xiridaram sana.

 

Keçdi ömrüm naləvü zari bilə səndən iraq,

Qıl tərəhhüm bir nəzər kim, aşiqi-zarəm sana.

 

Qismətim ənduhü ğəm boldisə səndən yox əcəb,

Mən çü qismət günidən bərlü giriftarəm sana.

 

Demə kim, yox Kişvərinin könlüdə mehrim mənim,

Mehribanəm, həq bilür, can birlə ta varəm sana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info