Qonaq Kitabı
Səndən ayru yüz ğəmü dərdü məlamətdir mana

Səndən ayru yüz ğəmü dərdü məlamətdir mana,

Nə xoşam, nə naxoşam, bilməm nə halətdür mana.

 

Hicrümə qatlan deyincə, tiği çək öldür məni,

Həq rizasiçün ki, bu eyni-ədalətdür mana.

 

 

Mülki-həsti içrə nə hasil mana bazari-gərm,

İmdi kim, kuyi-ədəm sarı həvalətdür mana.

 

Eşqdən keç der mana idraksız zahid, vəli

Bilməz anı kim, bu bir eybi-cəhalətdür mana.

 

Yar göndərmiş bitik kim, Kişvərini öldürün,

Xoşdiləm kim, bir nişani-istimalətdür mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info