Qonaq Kitabı
Ey pəriləb, demə həq bir parə can vermiş sana

Ey pəriləb, demə həq bir parə can vermiş sana,

Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana.

 

Karigahi-afəriniş içrə guya dəsti-sün,

Rişteyi-can birlə peyvəndi-miyan vermiş sana.

 

Qıldı qurban kirpigün navəklərilən könlümü,

Ol ki çatmaqaşıdən iki kəman vermiş sana.

 

Arizin bağı su içər çeşmeyi-xurşiddən

Demə ariz kim, behişti-cavidan vermiş sana.

 

Ol kim axıtdı gözindən ərğəvani yaşlar,

Türreyi-şümşadü rəngi-ərğəvan vermiş sana.

 

Kişvərini qılma növmid, ey gözəllər şahi kim,

Çoxdan ol biçarə ümmidilə can vermiş sana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info