Qonaq Kitabı
Ulduz olsam

Dan ulduzu boylandı,

Ağardı rəngi ayın.

SübÒ»ün gül nəfəsini

Duydu ana təbiət

Oyanan nəfəsində

Gölün, meşənin, çayın.

Sulardan Ò»əssas nə var?!.

     Dəyişdi görkəmini

Dağların döşündəki

     Dağ-cüssəli qayalar.

Günəşin camalını

     Görməsək də Ò»ələ biz,

Günəşin istisilə

     Qızındı meşə, dəniz.

Dərələrdə gizlənən

Qaranlığın köynəyi

Üfüqün tonqalından

Alışıb külə döndü.

Sanki sonsuz kainat

Gözümüzün önündə

İlk baÒ»arda açılan

Bir dəstə gülə döndü.

Dan ulduzu boylandı,

Canlılar gəldi dilə.

Cansız daşların belə

Yayıldı canlı səsi.

Günəşi, Ò»ərarəti,

Vüsəti, Ò»ərəkəti,

İşıqlar ordusunu

Gətirdi arxasınca

İşıqlar sərkərdəsi.

Baxıb xəyala vardım...

Deyirəm çiçək olsam -

Novruz gülünün eyni,

     Ulduz olsam - Ò»əyatda

Dan ulduzu olardım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info