Qonaq Kitabı
Ömür çeşməsi

Soyuyar canımın odu bir zaman, -

Bir-bir həqiqətdir, salıram yada.

O vaxt gözlərimdə sönən çıraqdan

Bir ulduz alışıb yansın səmada.

 

Günlər dolandıqca əriyər bədən,

Qaçma arxasınca dava-dərmanın,

Qolumun gücü də istərəm ki, mən

Gücünə çevrilsin neçə insanın.

 

Axsın ürəklərə qəlbimin səsi,

Sözüm də ellərin sözündə qalsın.

Biz gəlib getsək də, ömür çeşməsi

Əbədi Ò»əyatın özündə qalsın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info