Qonaq Kitabı
Meteorit

Daşlar arasında daş meteorit

Daşdan ayağacan yanıb yaxılıb.

Sanki od nəfəsli bir əjdaÒ»anın

Dişinin altından əzilib çıxıb.

 

Hansı toqquşmada azıb yolunu

Gəlib məskən salıb yer üzərində.

Yüz dəfə alışıb, yüz dəfə sönüb

Ötən nəsillərin nəzərlərində.

 

Göydə ulduz kimi axan zamanda

Avqust gecələri dinməz, söyləməz

Hərə xəyalında bir şey tutardı,

Bir şey arzulardı Ò»əyatda Ò»ər kəs.

 

Artıq Ò»ərəkətsiz qalıb muzeydə,

Qarsımış canında - tüstü qoxusu.

Könlümdə köç salır ayrılıq dərdi,

Başımda dolanır yanğın qorxusu.

 

Adamlar Ò»eyrətlə ayaq saxlayıb,

Duyub düşünürlər səssiz, səmirsiz.

Gör Ò»ansı arzudur dinən ürəkdə

O sönmüş ülkəri seyr edəndə biz.

 

SilaÒ»dan, sınaqdan, oddan, alovdan

Doğma planeti gəlin Ò»ifz edək.

Qəfil zərbələrdən parçalanıb o

Didərgin düşməsin meteorittək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info