Qonaq Kitabı
Əyil deməzsən

Əyilmərəm, palıdı

Yıxan tufana belə.

Hər dalğası dağ kimi

Qalxan ümmana belə.

Yüz yol başımın üstdə

Qopsa da odlu şimşək,

Yenə də əyilmərəm

İgid babalarımtək.

Yalnız sənin önündə,

Ey mənim böyük xalqım,

Başımı əyərəm mən.

Lakin əminəm buna,

Sən öz şair oğluna

Heç vaxt “əyil!” deməzsən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info