Qonaq Kitabı
Mən səni axtarıram

Mən səni axtarıram

Gəzib kəndi, şəÒ»əri,

Xəyalımdan keçirib

Uzaq-yaxın elləri...

Axtarıram xalqımın

Eşqində, ülfətində,

Gəncliyin tükənməyən

Gücündə, qüdrətində.

Mən səni axtarıram

Zavodların səsində,

İnsanın arzusunda,

Torpağın nəfəsində.

Hamıdan gec dincəlib,

Hamıdan tez dururam;

Ulduzları seyr edib,

Sulara baş vururam.

Axtarıram yurdumun

Qışında, baÒ»arında,

Buruqlar meşəsində,

Kolxoz tarlalarında.

Mən səni axtarıram

Əlimdə kağız, qələm,

Fikrimdə yer kürəsi,

Qəlbimdə bütün aləm,

Mən səni axtarıram

Uzun illərdən bəri,

Ey bu günün, sabaÒ»ın

Ölməyən şaÒ» əsəri!

Mən səni axtarıram,

Tapa bilməsəm əgər,

Adıma əbəs yerə

Şair söyləməsinlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info