Qonaq Kitabı
Vay o gündən...

Fərqi birdi, nəÒ»ayət,

İstər əlli il ömr et,

İstər yüz il dünyada.

Heç kəs günəşlə, ayla

Yanaşı dövran sürüb

Qalan deyil dünyada.

 

Ya gec, ya tez - qonaqsan.

Qonubsan, qopacaqsan.

Vaxtsız köçməyə nə var?

Dözmək olar

                    yollarda

Çən ola, duman ola,

Qar ola, tufan ola.

Hər dərdə dözmək olar,

Vay o gündən

                   insana

Dərs verən Ò»eyvan ola.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info