Qonaq Kitabı
Yetişməmiş

Külək qalxıb Ò»aray salır,

Maral gölə yetişməmiş.

Gün darıxır, qaş qaralır

Köç mənzilə yetişməmiş.

 

Can alışıb qora dönür,

Yaş yanağa yetişməmiş.

Qara tellər qara dönür

Əl darağa yetişməmiş.

 

Yollar, izlər buz bağlayır,

Vaxt çilləyə yetişməmiş.

Həştad bizi yaxalayır

Yaş əlliyə yetişməmiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info