Qonaq Kitabı
Həyətə qar yağır

Həyətə qar yağır;

Hardasa indi

cığırlar kəsilib,

izlər tutulub.

Həyətə qar yağır;

Ò»ardasa indi

Dərələr, təpələr

keçilməz olub.

Həyətə qar yağır,

Ò»ardasa indi

Maşın yoldan çıxıb,

sürücü yorğun…

Həyətə qar yağır;

Ò»ardasa indi

Ceyran sürüsünü

Təntidib çovğun.

Həyətə qar yağır;

Ò»ardasa indi

soyuqda, şaxtada

ölənlər də var,

Həyətə qar yağır;  

Ò»ardasa indi

Qar topu oynayıb

gülənlər də var.

Həyətə qar yağır;

Ò»ardasa indi...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info