Qonaq Kitabı
Dəmir qapı Dərbənd

Dəmir qapı Dərbənddən,

Söz düşəndə bir zaman

Nənəm deyərdi: - Ora

Əl çatıb, ün yetişməz!

Dərbənd uzaqlıq rəmzi,

Dərbənd uzaqdan uzaq.

Nənəm təsəvvürümdə

Hər şeyi bilən alim,

Mənsə uşaqdan uşaq.

Alnını qırışdırıb

Sonra nənəm deyərdi:

- Ay bala, bir vaxt ora

Filan kənddən filankəs,

“Bir də Sibir İsgəndər

Günlərin bir günündə

Gedib çıxıb deyirlər.

Doğulduğum yer - Qazax,

Dərbənd uzaqdan uzaq...

Arabir babaların

Xəbər tutduğu şəÒ»ər

Gəncə,

     İrəvan,

          Tiflis.

Mindiyimiz - araba,

Gördüyümüz - dağ, dərə,

Qara kəl - sürətimiz.

Dəyişdikcə fəsillər

Dəyişdi Ò»əyatımız;

İl-il boy atdıqca biz,

Dəyişdik sürəti də,

İşi də, vüsəti də.

Dəmir qapı Dərbəndin

Yüz dəfə keçdik üstdən.

Zaman başqa zamandır

Dəqiqə - qəti zəfər,

Saniyə imtaÒ»andır.

Belə vaxtda əgər biz

Vurulsaq özümüzə;

Dünənki, fikrimizə.

Dünənki, sözümüzə,

SabaÒ»ın ətəyindən

Üzülər əllərimiz.

Bircə dilə bənd olub,

Bircə elə bənd olub

Yaşasaq yer üzündə

Neçə yerdən xəbərsiz,

Neçə eldən xəbərsiz -

Geri qalarıq, geri!

Müasir maşınlarda,

Müasir qatarlarda

Təkcə cismimizlə yox,

Müasir düşüncəmiz,

Müasir eşqimizlə

Gecə bilməsək əgər

Dəmir qapı Dərbəndi

Demək, Ò»asar o Ò»asar,

Bənd də Ò»əmənki bənddir.

Dəmir qapı Dərbənt də

Nənəmin düşündüyü

Dəmir qapı Dərbənddir!

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info