Qonaq Kitabı
Yaxşı ki varmış

Bir yaşıl çəməndə açdım səÒ»əri,

Çiçəklər qızardı yanaqlarımda.

Dinlədim – çayları, şəlalələri,

Sevinib dincəldi qulaqlarım da.

 

Dərələr, təpələr üzümə güldü,

Bilmədim Ò»aradan Ò»araya gəldim.

Elə bil çiynimdən yük götürüldü,

Elə bil yenidən dünyaya gəldim.

 

Ürkdü dağ keçisi şimşək çaxanda,

Torpaq naxış-naxış, göy naxış-naxış.

Ürək yorulanda, can darıxanda,

Dədə-baba dağlar yaxşı kı, varmış.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info