Qonaq Kitabı
Yaxşı ki varmış

Bir yaşıl çәmәndә açdım sәһәri,

Çiçәklәr qızardı yanaqlarımda.

Dinlәdim – çayları, şәlalәlәri,

Sevinib dincәldi qulaqlarım da.

 

Dәrәlәr, tәpәlәr üzümә güldü,

Bilmәdim һaradan һaraya gәldim.

Elә bil çiynimdәn yük götürüldü,

Elә bil yenidәn dünyaya gәldim.

 

Ürkdü dağ keçisi şimşәk çaxanda,

Torpaq naxış-naxış, göy naxış-naxış.

Ürәk yorulanda, can darıxanda,

Dәdә-baba dağlar yaxşı kı, varmış.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info