Qonaq Kitabı
Metroda düşüncələr

Arabada getdiyim də yadımdadır,

Qazalaqda arabanı

     ötdüyüm də yadımdadır,

Kənd arası

     torpaq yolla gəlib keçən

Səsli-küylü furqonlar da yadımdadır.

Bu yaşımda mən nə qədər yol getmişəm.

Cırıltılar,

     gurultular,

          uğultular eşitmişəm.

Bu yolların enişində-yoxuşunda

Maşınların sürətini sınamışam.

Buludların şimşək dolu koğuşunda

Təyyarənin qüdrətini sınamışam.

Vaxtlı-vaxtsız mən nə qədər yol getmişəm.

Mən dağların qar tacını,

      ümmanların dalğa-dalğa ağ saçını

           zirvələrdən seyr etmişəm.

Mən nə qədər yol getmişəm.

İlk dəfədir

Doğma Bakı metrosunda yol gedirəm.

Yer üstünün milyon-milyon işığını

Yer altında seyr edirəm.

Yol gedirəm.

Eşidirəm

     nəsillərin gülüşünü, nəğməsini.

Bir ürəkdə birləşdirib

     min ürəyin söÒ»bətini, Ò»əvəsini.

Ötdükcə yaş,

Yavaş-yavaş,

     biz zirvədən uzaqlaşır,

           düzlər keçir, dağlar aşır,

                qocalırıq.

Qocalsaq da,

     cavanlaşan dünyamızda

          gənc qalırıq.

Metrodayam...

     Metroda mən

Tamam başqa bir zamanı düşünürəm,

Yayın qızmar çağlarında,

     tozlu aran yollarında

          sürücüsü babam olan

Qara kəlli arabanı düşünürəm.

Elə bu dəm

Görürəm ki, birdən-birə

İldırımlı təkərlərin üstündəyəm.

Bizdən sonra

     yeni-yeni yollar açan,

          daÒ»a sağlam, daÒ»a möÒ»kəm

Adamları düşünürəm.

Relsi işıq dalğaları,

     duracağı səyyarələr,

          maşinisti günəş olan

Bir qatarı düşünürəm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info