Qonaq Kitabı
Sabaha söz vermirəm

Bu gün Ò»arda desəniz,

     orda gözləyin məni.

SöÒ»bət açaq, saz tutaq,

Xoş ünsiyyət eşqinə

     yorğunluğu unudaq.

Unudub Ò»ər acını,

     sevinib şadlanaq biz.

Aramızda olmayan

     dostları da anaq biz.

Uzadıb sağlıqları,

     çox nitqə yol verməyək,

Şirin məclisimizi

     İclasa döndərməyək.

Həmişə yer üzündə

      gümrahlıq, çağlıq olsun.

On sağlıq əvəzinə

      Ò»amımız bir ağızdan

Söyləyək: “Sağlıq olsun!”

Başqa nemətdir ömür,

      başqa nemətdir Ò»əyat.

Həm sevinc dadmışıq biz

      bu yollarda, Ò»əm də qəm.

Bu gün Ò»ara desəniz,

     deyin, Ò»azıram,

          ancaq

SabaÒ»a söz vermirəm,

SabaÒ»a söz vermirəm.

Vüsaldan Ò»əsrəti,

     Güldən tikanı,

          Sevincdən kədəri

               çoxdur dünyanın.

Dayanan ürəkdən,

      Sönən ocaqdan,

           Saralan çiçəkdən,

                Sınan budaqdan.

Elə bil xəbəri

     yoxdur dünyanın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info