Qonaq Kitabı
Zooparkda

Zoopark... Nə qədər gələn var bu gün

Axır qulağıma qəribə səslər,

Gəzirəm, oğlumun tutub əlindən;

Yan-yana düzülmüş dəmir qəfəslər.

 

Ceyrana baxıram: gözləri sulu,

Qartal fikrə gedib vurulmuş kimi.

Şir küncə çəkilib, maral yuxulu,

Pələng tərpənməyir yorulmuş kimi...

 

Sonsuz bir maraqla evə dönəndə,

Oğlum danışacaq gördüklərindən.

Düzdür, sən onları gördün, ay oğlum,

Gördün gözlərinlə, gördün qəfəsdə.

Ancaq tanımadın, tanımadın sən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info