Qonaq Kitabı
Sazım dinir

Düşünürəm otağımda,

     Dinir sazım.

Öz nəfəsim,

     öz avazım.

Sazım dinir,

     sakit-sakit

     “Kərəmi”ni

         dinləyirəm.

Ötən qəmli əsrlərin

     Ò»əsrətilə inləyirəm.

          Haray Əsli!..

               Haray Kərəm!..

Dil deyəni

     tellər deyir.

İnsan ömrü tükənsə də,

     insan eşqi tükənməyir.

Arzuların, əməllərin

      öz ömrü,

           öz aləmi var.

Sazım dinir...

     otağımda

Kərəm yoxdur,

     “Kərəmi” var.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info