Qonaq Kitabı
Pərdələr

Pərdə var, gözünü yumur insanın,

Fitnəni qoruyub, şəri yaşadır.

Pərdə var, çəkilib kəsir aranı,

Bilmirsən tamaşa nə tamaşadır!

 

Pərdə var, qapayır göyün üzünü,

Ulduzlar gizlənib zülmətdə batır.

Pərdə var, bəlkə də onun dalında

Ayların, illərin min sirri yatır.

 

Pərdələr müxtəlif, pərdələr rəng-rəng,

Pərdə var ipəkdən, tüldən yaranır.

Pərdə var buluddan, pərdə var oddan,

Pərdə var gülüşdən, güldən yaranır.

 

Söküb bir dəfəlik ataq onları,

Yaşayıb ömr edək bu pərdələrsiz.

Təkcə böyük-kiçik arasındakı

Hörmət pərdəsinə toxunmayaq biz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info