Qonaq Kitabı
Pәrdәlәr

Pәrdә var, gözünü yumur insanın,

Fitnәni qoruyub, şәri yaşadır.

Pәrdә var, çәkilib kәsir aranı,

Bilmirsәn tamaşa nә tamaşadır!

 

Pәrdә var, qapayır göyün üzünü,

Ulduzlar gizlәnib zülmәtdә batır.

Pәrdә var, bәlkә dә onun dalında

Ayların, illәrin min sirri yatır.

 

Pәrdәlәr müxtәlif, pәrdәlәr rәng-rәng,

Pәrdә var ipәkdәn, tüldәn yaranır.

Pәrdә var buluddan, pәrdә var oddan,

Pәrdә var gülüşdәn, güldәn yaranır.

 

Söküb bir dәfәlik ataq onları,

Yaşayıb ömr edәk bu pәrdәlәrsiz.

Tәkcә böyük-kiçik arasındakı

Hörmәt pәrdәsinә toxunmayaq biz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info