Qonaq Kitabı
Ey mənim nəğmələrim

Ey mənim nəğmələrim,

Məndən sonra əgər siz

Bir qəlbi sevindirib,

Bir xəstənin dərdinə

Dərman ola bilsəniz,

Yaşayın, Ò»aqqınız var.

Yoxsa mənimlə köçün

Nə vaxt köçəsi olsam,

Gələcək nəsillərin

Yerini etməyin dar.

Onsuz da çiyinlərə,

Başlara, beyinlərə

Az deyil bu dünyada

Yük olub yaşayanlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info