Qonaq Kitabı
Ömür çeşməsi şeir deyilmi?!

Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?!

Gəzməyə çıxanda çölün, çəmənin

Üzünə gülməsi şeir deyilmi?!

 

Yenə gözüm qalıb bağçada, bağda,

Min-min gül açıldı aranda, dağda.

Eyvana əyilən çarpaz budaqda

Bülbülün nəğməsi şeir deyilmi?!

 

Seyr elə Ò»üsnünü göydə durnanın,

Qayada kəkliyin, göldə sonanın.

Aynabənd otaqda gəlin ananın,

Şirin laylay səsi şeir deyilmi?!

 

Dərədə moruq dər, döşdə çiyələk,

GaÒ» yağış xoş gəlir, gaÒ» sərin külək.

Yaş ötür, doymayır dünyadan ürək,

Yaşamaq Ò»əvəsi şeir deyilmi?!

 

Kim deyir, şeirin meydanı dardır?

Sonu görünməyən bir ilk baÒ»ardır,

Necə ki, Ò»əyat var, şeir də vardır,

Həyatın nəfəsi şeir deyilmi?!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info