Qonaq Kitabı
Tərcümələr

I. ƏBÜL-ÜLA MÜƏRRİDƏN

 

Qılıncla ölməyən, əlbəttə, başqa şeylə ölür,

Səbəblər ayrı da olsa, fəqət, ölüm birdir.

Qəbul cənnəti qılsam olursa zillət ilə,

Cəhənnəm izzət ilə fəxr qıldığım yerdir.

 

2. NİZAMİDƏN

 

Yol tapıb, dün gecə etdimsə xərabatə güzar,

Çox çağırdım, səsimə vermədi səs bir dəyyar.

 

Ya ki, heç kəs yox idi badəsatanlardan oyaq,

Ya (-) heçəm mən ki, mənimçün qapını açmadılar.

 

Gecədən keçmiş idi bir qədər az-çox, bir rind,

Ğürfədən yüz mənə tutdu, başını etdi kənar.

 

Söylədi, xeyr ola, anlat ki, kiminlə var işin,

Qapımızda belə bihudə dayanmaqda nə var?

 

Söylədim, aç qapını, hərzə danışma, dedi, get.

Qapını, bir belə bivəqt, kimünçün kim açar?

 

Bura məscid deyil, hər ləhzə açılsın qapısı,

Gec gəlib, tez tutasan, sən də qabaq səfdə qərar.

 

Bu xərabat məkandır ki, var onda çox rind,

Mey, şəkər, şəm, gözəl, yaxşıca səs, yaxşıca tar,

 

Burda dünyada nə varsa hamısı hazırdır,

Mömünü sanbiyü kəbrü yəhudiyü nəsar.

 

İstəsən, gər, olasan onlar ilə həmsöhbət,

Xaki-pay ol olara, ta ola məqsəd sənə yar.

 

Xidmət et doğru Əyazanə, Nizami, ta sən,

Olasan söhbəti-bəzmi-şəhi-Məhmudə yarar. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info