Qonaq Kitabı
TƏMSİL

Vurnuxurdu bir evdə bir milçək,

Ac idi, axtarırdı dadlı yemək.

Əlinə hər nə keçdi azca yedi,

Təmsinib heç şirin deyil bu; - dedi.

Yoxladı bircə-bircə künc-bucağı,

Dolabı, təndir üstünü, ocağı.

Uçdu hər bir yana açıb pərü bal,

Gördü bir təncərə - içi dolu bal.

Dedi: bəsdir bütün ölüm-dirimə,

Yaxşı keçdi bu bal mənim girimə,

Taleyim varmış, oldu gör qismət,

Mənə axırda dadlı bir nemət.

Deyərək qondu balın üstə haman,

Ta yesin zövqü şövq ilə o zaman,

Bifərasət qonan kimi balə,

Dəyişib düşdü başqa əhvalə,

Qol-qanadı batıb o dəm şirəyə,

Sanki mıxlandı qaldı təncərəyə.

Bir qədər çıxmağa ha can atdı,

Daha da balə artıcaq batdı.

Çırpınıb ta ki, düşdü taqətdən,

Həm də keçmişdi iş nədamətdən.

Çabalarkən o eyləyirdi xəyal:

Ay aman... Zəhrdən də pismiş bal,

Zəhr içəydim, olurdu bəlkə nəcat,

Leyk baldan qurtarmağım... heyhat.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info