Qonaq Kitabı
FÜZULİYƏ NƏZİRƏ

Zəmanə halını sorsan gər, əhli-hal olandan sor,

Dili ağzında varkən dinməyib də lal olandan sor.

 

Camaat görməyən anlarmı ya cəmiyyət əhvalın?

Bu yolda sərf edib ömr, indi ağsaqqal olandan sor.

 

Bilərmi qədrini dövlətlinin hər biədəb kasıb,

Onu əynində cübbə, beldə tirmə şal olandan sor.

 

Kazino ləzzətin hər ayda min beş yüz alan bilməz,

Onu hər ayda doqquz min alıb, xoşhal olandan sor.

 

“Çörək vay...” naləsin, aclıq nəvasın kimsədən sorma,

Əgər sorsan, evində ac yatan ətfal olandan sor.

 

Nə qism etsin də fəhlə, kəndçi imrari-həyat etsin,

Bunu, əlbəttə, get, vicdanı bir misqal olandan sor,

 

Deyilmiş mərifət lazım, yetərmiş təkcə sırtıqlıq,

Bu sirrin hökmünü əshabi-qeylü qal olandan sor.

 

Məqami-vəhdət içrə lal ol, Ənqa, çək çörək fikrin,

Təmamən həzzi-dünyanı bu gün baqqal olandan sor,

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info