Qonaq Kitabı
XƏSTƏXANA XATİRATIM

Almışdır dövrəmi bir yığın xəstə,

Onlara baxdıqca yanar, ağlaram!

Sızladıqca onlar yerdə ahəstə,

Mən də sızlayaraq anar, ağlaram!

Derəm bütün varlıq, yoxluq qurbanı,

Yoxluqlar bürümüş hər yerdən onu

Qəflət uyğusundan uyan insanı,

Gördükcə möhnətə donar, ağlaram!

 

Bütün varlıq xəstə, mən də bir xəstə.

Bilməm, bu xəstəlik nədir hər kəsdə?

Yoxsa qələt hissə düşüb peyvəstə,

Hər şeyi “xəstədir”, sanar, ağlaram!

 

Nə tühəfdır eşqin son macərası!

Getməzmiş ölürkən, dildən yarası!

Yara dil verənin buymuş cəzası!

Mən də öz cəzamı qanar, ağlaram.

 

Qüdrətim çatarsa bütün cahanı,

Gəzərəm, bəlkə də kovnü məkanı,

Axtarıb bularam o yaradanı,

Dərdlərin dərmanın danar, ağlaram!

 

Məhv olsun teyflər, dincəlsin bəşər,

Bulsun öz yerini hər bir xeyrü şər,

Bu varlıq mənə də bəsdir, yetişər,

Hər ləhzə könlümü qınar ağlaram!

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info