Qonaq Kitabı
BAYATI

Bu saralan gülümdür?

Gülümdür, sünbülümdür?

Gülün solduğun görüb

Ağlayan bülbülümdür?

 

Baharın gözəl çağı,

Bəzətmiş bağı, dağı,

Bəs açarkən nədəndir,

Solmuş gülün yarpağı?

 

Sən soluxma gül kimi,

Saralma sünbül kimi!

Hicranında gözümü,

Ağlatma bülbül kimi!

 

Məğrur olma özünə,

Tök zülfünü üzünə,

Heç kim səni görməsin,

Göz dəyməsin gözünə!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info