Qonaq Kitabı
SEVDA QARŞISINDA

Dönür eşqim odu şərarə mənim,

Gözəlim, kəc baxış nihahından.

Dərdimə gəl bir eylə çarə mənim,

Gəlməsən, keçmərəm günahından.

 

Səni mən sevdim, ey vəfakirdar,

Səri-kuyində istirahət edim!

Mənə qıldın əziyyətü azar,

Kimə səndən gedib şikayət edim?

 

Məni sən sevməsən də, mən sevərəm,

Sənin hicrində sinə çak edərəm,

Qəmi-eşqindən etməm istehza

Ola gər çak-çak pirəhənim,

Yusifi-dəhri eşqdir süxənim,

Dözərəm iştə ta yetincə sənə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info